sehiyye.info

Koronavirus: ikinci dalğa nədir və o yaxınlaşırmı?

Koronavirus: ikinci dalğa nədir və o yaxınlaşırmı?
Koronavirus epidemiyası hələ bitməyib. Bəzi ölkələrdə hələ də güclü olan epidemiya ilə mübarizə davam edir, lakin hətta hazırda virusun yayılmasına nəzarət edən ölkələr belə “ikinci dalğanın” olacağından ehtiyat edirlər.

Yüz il əvvəl ispan qripinin ikinci mərhələsi birincisindən daha ölümcül idi.

Görəsən, ikinci dalğa qaçılmazdırmı? Və bu nə qədər ağır ola bilər?
İkinci dalğa nədir?

Bunu dəniz dalğasına bənzətmək olar. İnfeksiyaların sayı artır və sonra yenidən azalır - hər bir sikl koronavirusun bir "dalğasını" təmsil edir.

Lakin bunun rəsmi bir tərifi yoxdur.

Warwick Universitetindən doktor Mike Tildesley deyir ki, "dalğanın necə tərif edilməsi mühüm deyil”.


Bəziləri hər hansı bir yüksəlişi ikinci dalğa kimi təsvir edirlər, lakin bir çox hallarda bu, birinci dalğanın bir hissəsi olur. Belə hallar ABŞ-ın bəzi ştatlarında baş verir.

Bir dalğanın bitdiyini söyləmək üçün, virus nəzarət altına alınmalı və xəstəlik halları əhəmiyyətli dərəcədə azalmalıdır.

İkinci dalğanın başlamış o vaxt sayılır ki, infeksiyaya yoluxma halları davamlı olaraq artsın. Koronavirusa yoluxma olmadan 24 gün keçirdikdən sonra ilk xəstəlik halları baş vermis Yeni Zelandiyada və koronavirussuz 50 gündən sonra çoxsaylı yoluxma halları qeydə alınmış Pekində qeyd olunmuş şərait yaranmayıb.

Amma bəzi alimlər hesab edirlər ki, ola bilsin ki, İrandakı yeni yoluxma dalğası ikinci dalğa meyarlarına uyğun gəlir.

Britaniyada ikinci dalğa olacaqmı?

Cavab demək olar ki, tamamilə qəbul etdiyimiz qərarlardan asılıdır, buna görə də müxtəlif variantlar ola bilər.

"Mən, həqiqətən, hazırda böyük bir qeyri-müəyyənlik olduğunu düşünürəm... amma düzünü desəm, bu məni çox narahat edir", - doktor Tildseley deyir.

İkinci dalğa ehtimalı qalmaqdadır, virus hələ də mövcuddur və 2020-ci ilin əvvəlində olduğundan heç də daha az ölümcül və ya yoluxucu deyil.

Güman edildiyinə görə, Britaniyada insanların yalnız təxminən 5%-i infeksiyaya yoluxub və onların hamsında immunitet olduğuna dair heç bir zəmanət yoxdur.

"Məlumatlar göstərir ki, insanların böyük əksəriyyəti hələ də infeksiyaya həssasdır, əslində, bütün qoruyucu tədbirləri ləğv etsək, fevral ayında olduğu vəziyyət təkrar oluna bilər, - London Gigiyena və Tropik Tibb Məktəbinin doktor Adam Kucharski deyir. - Bu, demək olar ki, yenidən sıfırdan başlamaq kimidir".

İkinci dalğaya nə səbəb ola bilər?

Karantin məhdudiyyətlərinin ləğv edilməsi çox uzağa getmək deməkdir.

Karantin rejimi bütün dünyada böyük pozuntulara səbəb olub - iş yerləri bağlanıb, insanların sağlamlığına təsirini göstərib, uşaqlar məktəbdən kənarda qalıb – lakin eyni zamanda virusa nəzarət etmək mümkün olub.

"Əsas tapmaca gündəlik pozuntuları minimuma endirərək nəzarəti necə təmin etməkdir", - doktor Kucharski deyir.

Heç kim nə qədər irəli gedə biləcəyimizə 100% əmin deyil.

Məhz buna görədir ki, karantin tədbirləri mərhələli şəkildə ləğv edilir və koronavirusa nəzarətin yeni üsulları tətbiq edilir, məsələn, təmasların izlənməsi və ya üz örtüklərinin taxılması.

"Britaniyada və qonşu ölkələrdə karantin tədbirlərinin qaldırılması həddən artıq dərinə getsə, infeksiyaya yoluxma halları kifayət qədər tez baş verə bilər",- Dr. Kucharski bildirir.

Bu, artıq Almaniyada başlamaqdadır – orada bir sallaqxanada 650 nəfərin virusa qarşı testi müsbət nəticə verib.

Əgər belə qruplar tez bir zamanda müəyyən edilirsə, yerli karantin rejimi tətbiq olunursa və virusun yayılmasının qarşısı alınırsa, o zaman bu, böyük bir problemə çevrilmir.

Əks təqdirdə onlar ikinci dalğanın yaranmasına gətirib çıxara bilər.

Koronavirusa qarşı gördüyü tədbirlərə görə alqışlanan Cənubi Koreya, belə lokal hadisələrə görə bəzi məhdudiyyətləri yenidən tətbiq etməyə məcbur oldu.

İkinci dalğa birinci dalğa kimi olacaqmı?

Əgər belə olarsa, onda nədə isə şehvə yol verilib.

İnfeksyanın yayılma dərəcəsini göstərən R əmsalı orta hesabla bir yoluxmuş şəxsin neçə adamı yoluxdurduğunu bildirir.

Pandemiya başlayanda bu əmsal 3 idi.

Bu, virusun sürətlə yayıldığı demək idi, lakin o zamandan bəri insanların davranışı dəyişib, sosial məsafəyə əməl edilir və R-in yenidən artacağını təsəvvür etməkçətindir.

"Heç bir ölkə bütün məhdudiyyətləri qaldırıb normal həyata qayıtmaq niyyətində deyil”, - Dr. Kuçarski BBC-yə deyib.

"Hətta Braziliya və Hindistan kimi koronavirusa nəzarət etməyən ölkələrdə də R əmsalı 3.0-ə bərabər deyil".
Koronavirus: ikinci dalğa nədir və o yaxınlaşırmı?
Yoluxma halları yenidən artmağa başlasa, ehtimal ki, bu artım nisbətən yavaş olacaq.

Buna baxmayaraq, nəzəri cəhətdən ikinci dalğa hələ də birincidən daha böyük ola bilər, çünki bir çox insanlar hələ də bu virusa qarşı həssasdırlar.

"[Lakin] əgər yoluxma halları yenidən artarsa, ikinci dalğanı durdurmaq üçün yenidən karantin rejimi tətbiq edə bilərik, bu bizim həmişə ata biləcəyimiz bir addımdır", - Dr Tildsley deyir.

İkinci dalğa nə vaxt olacaq? Qış onu ağırlaşdıra bilərmi?

Dr. Kurcharski deyir ki, local yoluxma halları karantin tədbirləri yığışdırıldıqca "hətta önümüzdəki həftələrdə və ya aylarda" müşahidə edilə bilər.

Amma bu o demək deyil ki, ikinci dalğa mütləq olacaq.

Dr. Tildseley deyir ki, "karantintədbirlər əhəmiyyətli dərəcədə zəiflədilsə, avqustun sonlarında və ya sentyabrın əvvəlində ikinci dalğa ilə qarşılaşa bilərik."

Qışda digər koronavirus daha sürətli yayıldığı üçün qış həlledici dövr ola bilər.

Biz virusa yalnız nəzarət edəcəyiksə, hətta kiçik mövsümi təkan virusun yayılmasına gətirib çıxara bilər.

"Bahar, şübhəsiz ki, bizə kömək etdi, - Nottingham Universitetindən virusoloq professor Jonathan Ball deyir. - İkinci dalğa demək olar ki, qaçılmazdır, xüsusən də qış ayları yaxınlaşdıqca. Hökumətinsə vəzifəsi ondan ibarətdir ki, pik dövrü səhiyyə sistemini həddən artıq yükləyən dərəcədə olmasın".

Virus yumşala və artıq problem olmaya bilərmi?

Ölümcül ikinci dalğaya qarşı əsas arqumentlərdən biri odur ki, virus insanlara daha yaxşı yoluxmaq üçün inkişaf etdikcə zəifləməlidir.

Hətta İİV getdikcə deyəsən bir qədər zəifləyir. Nəzəriyyə görə, virus yoluxduğu orqanizmi öldürmədiyi halda daha çox yayıla bilər.

Professor Ball deyir: "Amma buna bir zəmanət yoxdur".

Bu da var ki, bunun baş verməsi üçün uzun bir müddət vaxt tələb olunur. Pandemiyanın başlamasından altı ay sonra virusun daha asan yayılması və ya daha az ölümcül olması üçün mutasiya etdiyinə dair aydın bir sübut yoxdur.

Professor Ball əlavə edir: "Hesab edirəm ki, virus hazırda çox yaxşı işləyir. Bir çox hallarda insanların infeksiya simptomları çox yüngül və ya asimptomatik olur. Əgər onlardan infeksiya başqalarına keçə bilirsə, o zaman koronavirusun yumşalacağını güman etməyə heç bir əsas yoxdur".BBC



REKLAM