Özünüzü qoruyun.Onsuz da kasıbçılıqdı,virus tutsaz ,ən azı 500 manat lazımdır.
Koronavirusun can aldığı bir vaxtda xəstələnmək özü elə stressdir.
Sehiyye.info xəbər verir ki,adının çəkilməsini istəməyən vətəndaşlardan biri,bu virusa yoluxub.Başına gələn hadisələri danışdıqca,adamın tükləri biz-biz durur.Onun dediyinə görə əvvəlcə 4 saylı xəstəxanaya yerləşdirilməsi istənilsə də,onun analizlərin və testin cavabı olmadan qəbul edilməsinin mümkünsüz olduğu deyilib.Biundan sonra ona ağ ciyərində buzlu şüşə olduğunu deyiblər.Daha sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Müalicə və dərmanlar adama 1500 manata başa gəlib.Təkcə test və s.analizlərə 150-200 manat ödənib.Xoşbəxtlikdən xəstə sağalıb.Amma özünün dediyinə görə hərdən qızdırması hələ də 37-37.5 olur,Özünü kondisionerdən,soyuqdan qorumalıdır.Soyuq su içmək,dondurma qəti olmaz.Bir sözlə,özünüzü qoruyun".Pul cəhənnəm,can əldən gedir."