sehiyye.info

Bizə təbiət,hava və dincəlmək lazımdır.

Bizə təbiət,hava və dincəlmək lazımdır.
Yay aylarında bizə təmiz hava,gözəl təbiət və istirahət lazımdır.
Maska,əlcək,karantin,havasızlıq ....
Belə getsə xəstəliklər çoxalacaq.Azərbaycanın Qəbələ,Quba,Qusar,Şəki,Zaqatala ,cənub bölgəsi və s. kimi kurort yerləri var.Amma bu lənətə gəlmiş koronavirus bu il istirahətə getməyə imkan vermədi.Təmiz havada dincəlməyin insan orqanizminə nə qədər xeyirli oduğunu bilmək üçün dahi olmaq lazım deyil.
Təmiz hava ilə tənəffüs sağlamlığımız üçün çox önəmlidir. Amma Bu gün az insan tapılar ki,evdə olmasından şikayət etməsin. Çünki, hər gün böyük həcmdə sənaye tullantıları, avtomobillərin buraxdığı tüstü atmosferə daxil olur və havanı çirkləndirir. İndi gəlin təmiz hava ilə tənəffüsün bizə faydalarına nəzər salaq. Təmiz hava ilə nəfəs almaq stressi azaldır və sağlam hüceyrələri qoruyur. Nə zaman stressin sizə əziyyət verdiyini hiss edirsiniz, dərindən nəfəs alın və gözlərinizi bağlayın. Sonra bunu sakitləşənə qədər davam etdirin.Təmiz hava beyin fəaliyyəti üçün çox faydalıdır. Mütəxəssislər iki qrup üzərində tədqiqat aparıb və oksigenin beyin fəaliyyətinə təsirini müəyyən etməyə çalışıblar. Təmiz hava ilə tənəffüs edənlər əzbərləmək üçün verilmiş sözləri digərlərinə nisbətən daha çox yadda saxlaya biliblər.Bədəndə kifayət qədər oksigen olmazsa, yorğun və əzgin olar. Lakin təmiz havada dərindən nəfəs almaq bədənə enerji verir və zehni açır.Təmiz hava zərərli maddələrin orqanizmdən xaric olunmasına yardım edir. Bunun üçün qan oksigenlə zənginləşməlidir.Təmiz hava ilə tənəffüs immun sistemini gücləndirir. Uşaqlar gün ərzində ən azı 3-4 saat təmiz havada gəzməlidir.
Karantinin çıxmasına 3 gün qalıb.Ümid edirik ki,bu dəfə də ciddi rejim uzadılmayacaq.İnsanlarımız regionlara gedə biləcək və az da olsa stress atıb bir az özünə gələcək.
//Elnarə İbadova
Bizə təbiət,hava və dincəlmək lazımdır.



REKLAM