sehiyye.info

Koronavirus xəstələrində iybilmə hissi niyə itir?

Koronavirus xəstələrində iybilmə hissi niyə itir?
ABŞ-ın Harvard Tibb Məktəbinin alimləri koronavirusa yoluxanlarda iybilmə hissinin itməsi probleminin səbəblərini araşdırıblar.


Sehiyye.infonun Rusiya mətbuatına istinadən məlumatına görə, COVID-19 xəstələrində iybilmənin itməsinə səbəb virusun birbaşa neyronları zədələməsi deyil. Zədələnən sadəcə həmin neyronları dəstəkləyən hüceyrələrdir.


Bu səbəbdən, alimlərin gəldikləri qənaətə görə, bir çox hallarda SARS-CoV-2 iybilmədə iştirak edən sinir zəncirlərinə toxunmur və dayanıqlı anosmiyaya gətirib çıxarmır.


Qeyd edək ki, iybilmənin itməsi koronavirusun birbaşa simptomu hesab olunur və diqnostikada yüksək temperatur da əsas əlamət kimi qiymətləndirilir.//TED.az



REKLAM