Bu əlamət erkən ölümdən xəbər verir - ALİMLƏRDƏN XƏBƏRDARLIQ
Bir neçə elmi mərkəz tərəfindən həyata keçirilən tədqiqatın nəticələri açıqlanıb.
Sehiyye.info ölkə.az-a istinadən bildirir ki, nəticələrə əsasən, yaşlı insanlarda iybilmə qabiliyyətinin kəskinliyi neçə il ömürləri qaldığına dəlalət edir.
"Yaşlı insanlarda bəzən iybilmə qabiliyyəti zəifləyir. Bu isə ölüm riskini artırır. Bizim ilk cəhdimiz iybilmə qabiliyyətinin ölümlə əlaqəli olduğuna aiddir", - deyə tədqiqatın müəllifi Xunley Çen bildirib.
Çen 1999-cu ildən tədqiqata başlayıb. Ümumi olaraq tədqiqatda 2289 nəfər iştirak edib. Onların yaşı 71-82 arasında dəyişib. İlk mərhələdə alimlər təcrübə iştirakçılarının iybilmə qabiliyyətini yoxlayıblar. Eyni testlər 3, 5, 10, 13 il sonra da keçirilib.
Məlum olub ki, iybilmə qabiliyyəti zəif olan yaşlılarda ölümə yaxınlaşma həddi 46 faiz daha çox olub. Cins, irq və demoqrafik göstəricilər tədqiqatın nəticələrinə çox az təsir edib.