sehiyye.info

Koronavirusdan dünyasını dəyişən həkimin son şeiri ÜRƏK SIZLATDI — FOTO

Koronavirusdan dünyasını dəyişən həkimin son şeiri ÜRƏK SIZLATDI — FOTO
Bir çox həkimlər kimi koronavirusdan dünyasını dəyişən həkim Xasay Bayramovun gözəl şeir yazmağı da olub.
O xəstə yatdığı zaman ağrı-acısını şeir yazmaqla unutmağa çalışıb. Onun xəstə yatağında yazdığı son şeir isə ürək sızladır.


Xəstə yatdığım vaxtın cızmaqaraları silsiləsindən...

Bir bəla gərəkmiş insan oğluna,
Nəhayət yaxşını, yamanı bilsin.
Yolunu düz tutsun haqqın yoluna,
Dini dərk eləsin, imanı bilsin.
Bir bəla gərəkmiş insan oğluna,
Mənəm-mənəmliyin atından düşsün.
Bir qırağa qoysun hərbə-zorbanı,
Necə aciz imiş, yadına düşsün.

Əzəldən beləymiş dünyanın işi,-
Bir ağıllı varsa, min də dəli var.
Anlamır hər şeyi qoparmaq kimi,
İnsanın bir az da vermək əli var.

Anlayar sonunda, çox gec olsa da,-
Çox dərdin çarəsi dözüm, səbrdir.
Bir bəla gərəkmiş insana, bilsin
Əcəl qarşısında hamısı birdir...
//olke.az



REKLAM