Həddən çox tərləmə KORONAVİRUS əlamətidir? - Həkim CAVAB VERDİ
"KORONAVİRUS xəstəliyi ilə həddən çox tərləmə arasında birbaşa əlaqə yoxdur.Bəzən çox soyuq yerdən isti yerə dərhal yerdəyişmə etdikdə də tərləmə artır".
Həddən çox tərləmə KORONAVİRUS əlamətidir? - Həkim CAVAB VERDİ
Sehiyye.info xəbər verir ki, bu sözləri həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində yazıb.
Həddən çox tərləmə KORONAVİRUS əlamətidir? - Həkim CAVAB VERDİ
O, yayda insan tərləməsinin normal hal olduğunu diqqətə çatdıraraq, aşırı tərləmə barəsində insanları məlumatlandırıb:
"Aşırı tərləmə hiperhidroz adlanır. Həddindən artıq tərləmə zamanı insanın özünə qulluq etməsi (tez-tez duş qəbul etmək, kosmetik vasitələrdəm istifadə) probemi bir az azaldır, amma həll etmir.. Sıxlıqla əl, ayaq, qoltuqaltı, başın arxası və üzdə görünən həddindən artıq tərləmə insanı narahat edir. Həddindən artıq tərləmə hər hansı bir xəstəliyin nəticəsi ola bildiyi kimi, tamamilə psixoloji də ola bilər".
Həkim dərhal koronavirusdan şübhələnib həyəcanlanmamağı məsləhət görüb.
Onun sözlərinə əsasən, qorxu və stress də tər ifrazatını artıra bilər. Buna görə həddindən artıq tərləmənin səbəbləri mütləq araşdırılmalıdır.
Dr. Elşadoğlu, həmçinin, həddindən artıq tərləmənin səbəblərini və müalicə yollarını da açıqlayıb.
SƏBƏBLƏR:
Həddindən artıq tərləmə hər hansı bir xəstəlikdə arta bilər: tiroid vəzinin hiperfunksiyası , artıq çəki (köklük), böyrək üstü vəzin xəstəlikləri, şəkər xəstəliyi, ürək xəstəlikləri, mineral çatışmazlığı, psixi xəstəliklər və s. Ayrıca, bəzi xəstəliklərin müalicəsində istifadə edilən dərman ya da hormonlar da həddindən artıq tərləməyə səbəb ola bilər.
TƏBİİ MÜALİCƏ:
1. Damotu, melissa və gülümbahar bitkilərinin hərəsindən bir xörək qaşığı 1 st da dəmlənilib iki dəfə yeməkdən əvvəl qəbul edilir.
2. Melonur təbii sakitləşdiricidən 1 kapsul 3 dəfə yeməkdən sonra qəbul olunur.
3. Zəy və ya təbii tərləməni azaldan spreylərdən istifadə etmək mümkündür.
4. Əgər vitamin D çatmırsa, mütləq qəbul edilməlidir.//big.az