sehiyye.info

Koronanı inkar etməyin, həddən artıq da qorxmayın

Koronanı inkar etməyin, həddən artıq da qorxmayın
Koronavirusun varlığını inkar edənlər bu gün üçün çox təhlükəlidir. Həmin insanlar reallığı inkar edir. Bu, insan psixologiyası üçün normal hal deyil.

Sehiyye.info xəbər verir ki, bu sözləri tibb üzrə professor Gəray Gəraybəyli deyib.

O qeyd edib ki, xəstəliyi nə inkar etmək, nə də həddən artıq qorxmaq lazımdır:

“Həddindən artıq qorxan adam ancaq özünə əzab verir, bundan əziyyət çəkir, stress keçirir. Bu, onda yuxu pozuntusu, iştahsızlıq kimi hallara gətirib çıxarır. Pandemiyanı inkar edənlər isə xəstəliyə inanmadıqları üçün təhlükəsizlik qaydalarına riayət etmirlər: sosial məsafəni qorumur, maska taxmır və digər tövsiyələrə qulaq asmırlar. Nəticədə yalnız özləri üçün yox, həm də yaxınları, ailə üzvləri, ətrafdakıların hamısına risk yaratmış olurlar. Virusun daha da yayılmasına, yoluxma hallarının yüksəlməsinə səbəb olurlar”.

Həkim bildirib ki, bu xəstəliyi hərə bir cür keçirdiyi üçün əvvəlcədən nəticənin necə olacağını demək çətindir:

“Xəstəliyə inanmayan adam qorunmadığı üçün virusa yoluxma halı yüksək olur. COVİD-19-a yoluxan insanlarda xəstəliyin necə keçəcəyini, hansı formada olacağını əvvəlcədən bilmək mümkün deyil. Bu baxımdan, virusun inkar etmək böyük təhlükədir”.Axar.az



REKLAM