sehiyye.info

BDU-nun məzun tələbəsi vəfat etdi – EVİN TƏK QIZI İDİ

BDU-nun məzun tələbəsi vəfat etdi – EVİN TƏK QIZI İDİ
Bu gün sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat Fakültəsinin 4-cü kurs tələbəsi İsmayılzadə Ayşən Azər qızı vəfat etməsiylə bağlı məlumatlar paylaşılıb. Hurriyyet.org məsələylə bağlı Bakı Dövlət Universitetin mətbuat katibi Günel Orucəliyevlə əlaqə saxlayıb. O, tələbənin vəfat etməsi xəbərini təsdiqləyib. Vəfat etmiş tələbə Ayşən İsmayılzadə Gəncə şəhərinə dəfn edilməsi üçün aparılıb:

“Tələbəmiz böyrək çatışmazlığından dünyasını dəyişib. Hazırda tələbimiz deyil. Yenicə 4-cü kursu başa vurmuşdu. Beynəlxalq münasibətlər ixtisasını bitirib. Ağır dərəcəli revmatizmdən əziyyət çəkib. Biz əvvəlcə xəstəxanada dünyasını dəyişdiyini bilsək də, sonradan evdə dünyasını dəyişdiyini öyrəndik. Özləri burda yaşamırlar. Cənazəsini Gəncə şəhərinə göndəriblər. Evin tək qızı idi. Çox təəssüf edirəm belə olmağına”.



REKLAM