sehiyye.info

Ağstafa Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib.
Sehiyye.info xəbər verir ki, bununla bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.



Əmrə əsasən, bu vəzifəyə İlham Sofuyev təyinat alıb.

Qeyd edək ki, İlham Sofuyev 1964-cü ildə Ağstafa rayon Muğanlı kəndində anadan olub. Tibb Universitetinin müalicə-profilaktika fakültəsini 1991-ci ildə bitirib.

İ.Sofuyev 1991-ci ildən 1999-cu ilə qədər Milli orduda Tibb xidməti vəzifəsində çalışıb. Tərxis olunduqdan sonra 2008-ci ilə qədər Ağstafa rayonu Muğanlı kəndində həkim, 2008-ci ildən isə baş həkim vəzifəsində çalışıb.//Oxu.az



REKLAM