Baş həkimin yerinə yeni təyinat.
“Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor təyin olunub.
Sehiyye.info xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.
Əmrə əsasən, Azadxanov Elnur Ramazan oğlu “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev işində yol verdiyi nöqsanlara görə baş həkim vəzifəsindən kənarlaşdırılıb.Oxu.Az