Çipslər zərərli deyil, amma...
Dietoloq İvan Alimenkonun fikrincə, çipslərin zərərli qida olması yanlış məlumatdır.Dietoloq İvan Alimenkonun fikrincə, çipslərin zərərli qida olması yanlış məlumatdır.
Dietoloq İvan Alimenkonun fikrincə, çipslərin zərərli qida olması yanlış məlumatdır.
Sehiyye.info xarici mətbuata istinadla xəbər verir ki, mütəxəssisin sözlərinə görə, çipslərdən normal miqdarda istifadə etməyin orqanizm üçün heç bir təhlükəsi yoxdur.
Ekspert həmçinin qeyd edib ki, piylənmə və aterosklerozdan əziyyət çəkən şəxslər tərkibində duz çox olan çipslərdən imtina etməlidirlər.
Dietoloqun sözlərinə görə, çipslərin əsas problemi onların tərkibi deyil, miqdarındadır: "Əgər insanlar bu məhsuldan az miqdarda yeməyi öyrənsələr çipslərin zərərləri haqqında söhbətlər də bitəcək. İnsanlar ucuz olduğu üçün böyük paketdə olan çipslər alır. Sonra isə bunun hamısını yeyirlər. Mən kiçik paketlərin tərəfdarıyam".
Xatırladaq ki, Rusiyada çipslərin satışı 22 faiz artıb./Sputnik.az