Online tanışlıqlar: toy edəni də olur, peşman olanı da
Tanışlıq üçün gənclərin əksəriyyəti sosial şəbəkələrdən istifadə edir. Hətta sosial şəbəkələrdən istifadə elə bir həddə çatıb ki, bəziləri onun xəstəsinə çevrilib və həyatını onlarsız təsəvvür etmək istəmir. Facebook, Twitter, Odnoklassniki.ru, Vkontakte.ru və digər sosial şəbəkələrdə saatlarla oturan gənclər çoxalıb. İndi bu şəbəkələr vasitəsilə tanış olub ailə quran gənclər də var. Azərbaycanda xeyli belə ailə göstərmək olar. Bəs gənclər sosial şəbəkələr vasitəsilə ailə qurmağa necə baxırlar?
Ümumiyyətlə hal hazırki dövrdə demək olarki çox sahədə inkişaf sürətlə gedir. İnsanların daha rahat, əlverişli, məqsədəuyğun istifadə edə biləcəyi yeniliklər ixtira edilir. Bu günümüzdə sosial şəbəkənin rolu əvəzsizdir. Düzdür özünə məxsus mənfi cəhətləri də var, lakin baxır kim necə və hansı dərəcədə istifadə edir. Burada müxtəlif fikirli, məqsədli insanlar var. Lakin ciddi tanışlıq, sağlam münasibət, sevgi axtaranlar da az deyil. Bu cür insanların əksəriyyəti real həyatda istədiyini ala bilməyən, özünə qapalı, çəkinən insanlardı. Onlarda müasir dövrün yaratdığı asan, geniş imkandan istifadə edir. İndiki vaxtda sosial şəbəkədə tanış olub ailə həyatı quranlara pis baxmıram. Yəni misal çəkdiyim insanlardı əksəriyyəti, çarəsiz, tənha, özünə qapalı olanlardır. Onların burda öz istəklərinə qovuşması, ailə sevinci, xoşbəxtlik tapması pis hal deyil. Bu cür ünsiyyət, tanışlıq saytları dünya miqyasında öz sözün deyib. İnsanı tanımaq üçün müəyyən qədər açıq və əlverişlidi.