Prezidentdən koronavirusu müalicə etmək üçün “UNİKAL” TƏKLİF
Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusu bal ilə müalicə etməyi tövsiyə edib.
Sehiyye.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Lukaşenko milli əhəmiyyətə malik hidroloji təbii abidə olan Mavi Krinitsa bulağını ziyarət edib. Dövlət başçısı bal, pendir və əl işləri satan yerli sakinlərlə söhbət edib. Lukaşenko özü arıçılıqla məşğul olduğunu söyləyib və onlara hər cür dəstək vəd edib:
“Pandemiyadan müalicə olunmaq üçün buraya gəlməlisiniz. Bal dadsanız, yaxşılaşacaqsınız”, - prezident zarafatla deyib.
Xatırladaq ki, Lukaşenko dəfələrlə koronavirus ətrafındakı vəziyyəti psixoz adlandıraraq, rus hamamı ilə müalicə olunmağı, infeksiyanı araqla “zəhərləməyi” və daha çox kərə yağı yeməyi məsləhət görüb.(Publika.az)