sehiyye.info

Koronavirusla mübarizədə yeni preparat tapıldı – 90 faiz effektivlik göstərib

Koronavirusla mübarizədə yeni preparat tapıldı – 90 faiz effektivlik göstərib
Xəstələrin 80 faizi digər preparatlar olmadan, təkcə "Areplivir" qəbul etməklə sağalıb. Tədqiqat çərçivəsində xəstəliyin ağır fazasına rast gəlinməyib

"Areplivir" adlı yeni dərman yeni növ koronavirusla mübarizədə yüksək effektiv təsir göstərib.


Sehiyye.info Sputnikə istinadla xəbər verir ki, bu barədə Rusiyanın "Prommed" şirkətinin məlumatına deyilir.

"Preparat yüksək 90 faiz effektivlik nümayiş etdirib. Belə ki, ilk 24 saatda preparatı qəbul edən xəstələrin 70 faizi səhhətlərində böyük dəyişiklik hiss edib. Bu dəyişiklik bir neçə gün sonra analizlərdə də öz təsdiqini tapıb. Xəstələrin 80 faizi digər preparatlar olmadan, təkcə "Areplivir" qəbul etməklə sağalıb. Tədqiqat çərçivəsində xəstəliyin ağır fazasına rast gəlinməyib" – deyə məlumatda bildirilir.

Dərman koronavirusun da daxil olduğu RNT viruslarına qarşı təsirlidir. Virusun insan hüceyrəsində çoxalmasına mane olur, infeksiyanın yayılmasının qarşısını alır.

İstehsalçı şirkət qeyd edir ki, favipiravirlə bağlı qlobal tədqiqatlar Rusiyada Yaponiyaya nisbətən daha çox aparılıb. Rusiya şirkətləri, yaponiyalı həmkarları və digər ölkələrin mütəxəssisləri ilə dərmanın daha da öyrənilməsi üçün əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

"Biz ÜST və digərləri ilə tədqiqat proqramlarında iştirak etməyə maraqlıyıq" – deyə şirkətin məlumatında qeyd edilib.
Xatırladaq ki, iyulun 8-də Səhiyyə Nazirliyi "R-Farm" şirkətinin fabipiravir əsaslı koronaviurs əleyhinə olan "Koronavir" adlı preparatına qəbul edib.

İyunun 25-də isə Rusiya Səhiyyə Nazirliyi "Areplivir" preparatına razılıq verib.

Reyestrə görə, "Areplivir" dərman markasının adıdır kimyəvi adı "Favipiravir" dir. Dərman favipiravir əsasında "Promomed" tərəfindən istehsal olunur.//sputnik



REKLAM