Moskvada bir gündə koronavirusdan 58 nəfər öldü
Rusiyanın paytaxtı Moskvada COVID-19 infeksiyasından ölənlərin sayı 1 068 nəfərə çatıb.
Arasdırma.info TASS-a istinadən xəbər verir ki, bu barədə Koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.
"Moskvada pnevmaniya diaqnozunun təsdiq edildiyi və koronavirus testlərinin müsbət nəticə verdiyi 58 pasiyent öldü", - qərargahda bildiriblər.
Bununla da paytaxtda koronavirusdan ölənlərin sayı 1 068 nəfər təşkil edir.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. “Report”