Daha bir həkim koronavirusa yoluxdu

Bakıda koronavirus xəstələri ilə işləyən daha bir həkim virusa yoluxub.
Sehiyye.infonun məlumatına görə, bu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-reanimotoloqu Elnur Abdulladır. E. Abdullanın bu virusa yoluxması barədə həkim həmkarları bildirib.
Məlumata görə, o, hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur. //Trend