sehiyye.info

Bəlkə də üç il bizimlə olacaq... - Rus virusoloqdan şok proqnoz

Bəlkə də üç il bizimlə olacaq... - Rus virusoloqdan şok proqnoz
Məşhur rus virusoloq Anatoli Altşteyn yeni növ koronavirusun ən tez 1 il sonra bitəcəyi barədə proqnoz verib.

Sehiyye.info xəbər verir ki, alim pandemiyanın üç ilə qədər davam edəcəyini istisna etməyib.

"1 ildən üç ilə qədər davam edə bilər, bəlkə də daha çox...Bu məsələdə edə biləcəyimiz heç nə yoxdur. SARS-CoV-2 bu cürdür. SARS-CoV-2-nin yüksək yayılma dərəcəsi digər koronaviruslardan daha üstündür", - deyə virusoloq söyləyib.

Rusiyalı mütəxəssis qeyd edib ki, 1930-1940-cı illərdə yoluxucu xəstəliklərin təkamülünü araşdıran elm adamları xəstəliklərin ilk yayılan vaxtlar ağır olduğu, daha sonra tədricən yumşaldığı qənaətinə gəlib.//Teleqraf



REKLAM