sehiyye.info

Professordan pandemiyanın bitəcəyi tarixlə bağlı DƏQİQ PROQNOZ

Professordan pandemiyanın bitəcəyi tarixlə bağlı DƏQİQ PROQNOZ
Türkiyədə Səhiyyə Nazirliyi Koronavirus Elmi Komitəsinin üzvü və Kayseri Şəhər Xəstəxanasının baş həkimi, professor İlhami Çelikin vaksinlərin nə zaman hazır olmasının ən dəqiq proqnozunu verib.

Sehiyye.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, alim koronavirusla bağlı bir çox məsələlərə ayınlıq gətirib. O, virusa qarşı görüləcək tədbirlərin əhəmiyyətindən söz açıb:

“Virusun süni şəkildə yaradıldığı barədə sui-qəsd nəzəriyyələri edilir. Bu nəzəriyyələr nəzərə alınmamalıdır. Ölkəmizdə virusun bitməsi ilə bağlı dəqiq tarix açıqlamaq mümkün deyil. Bir müddət davam edəcək. Koronavirusa qarşı effektiv peyvənd hazırlanmazsa, pandemiya 2025-ci ilə qədər davam edə bilər. Kütləvi immunitetin qazanılması üçün 50-70 faiz yoluxmalıdır və bunların 5 faizi ölməlidir. Çox risklidir, Türkiyə üçün böyük rəqəmlərdir.


Virusun təsirinin azaldılması barədə deyilənlər həqiqəti əks etdirmir. Yəqin ki, karantin tədbirləri davam etdirilsəydi, yoluxma sayı sıfırlanardı. Ancaq dinamik cəmiyyətik, yaşamaq üçün çalışmalı və istehsal etməlisən. Odur ki, bu vəziyyəti əbədi davam etdirə bilmərik.

Peyvənd işləri davam edir. Peyvəndlərin hazır olması haqqında ortaya atılan iddialar boş reklamlardır. Peyvəndin 2022-ci ildə hazır olacağı görünür”.//Publika.az



REKLAM