sehiyye.info

Türkiyədə azərbaycanlı həkimin səhvi naziri özündən çıxardı - "Bu təxribatdır"

Türkiyədə azərbaycanlı həkimin səhvi naziri özündən çıxardı - "Bu təxribatdır"
İstanbul Universitetinin Tibb fakültəsinin xəstəxanasına yüksək hərarətlə yerləşdirilən 6 yaşlı çinli uşaqda koronavirus şübhəsinin olması Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən təkzib edilib.

Sehiyye.info xəbər verir ki, orada çalışan azərbaycanlı qadın həkim köməkçisinin kompüterdə buraxdığı səhv naziri özündən çıxarıb.

Məlumatda bildirilib ki, azərbaycanlı həkim köməkçisi xəstəxananın qeydiyyat sisteminə “Ön diaqnoz” yerinə “Dəqiq diaqnoz: Koronavirus” deyə qeyd edib. Halbuki xəstənin üzərində edilən ilk testin nəticəsi neqativ çıxıb.

Səhiyyə naziri Fahrettin Koca azərbaycanlı həkimin törətdiyi bu əməli təxribat alandırıb.

"Bu foto ilə qəsdən çaxnaşma yaratmaq üçün ortalığa atıldığı aydındır. Bir daha xatırlatmaq istəyirəm ki, vətəndaşlarımız nazirliyin verdiyi rəsmi açıqlamaları izləməli və digər məlumatlara etibar etməməlidirlər".Medicina.az
Türkiyədə azərbaycanlı həkimin səhvi naziri özündən çıxardı - "Bu təxribatdır"



REKLAM