Qoyun əti faydalıdır, yoxsa mal əti?
Qoyun və mal əti tərkibində olan vitamin və minerallara görə, demək olar, eynidir. Mal ətində zülal daha çoxdur. Lakin qoyun ətinin 2 əsas üstünlüyü var ki, bu üstünlüklər onu mütəxəssislərin fikrinə görə mal ətindən daha faydalı edir.
Sehiyye.info xəbər verir ki, qoyun ətində yağ daha azdır. Bundan əlavə qoyun ətində olan yağ mal ətində olan yağdan daha faydalıdır.
Qoyun əti daha ekoloji təmiz sayılır ki, qoyunların bəslənməsi üçün təbii otlaqlar istifadə olunur. / "foodinfo"