sehiyye.info

Dil əti,delikates...

Dil əti,delikates...
Dil ən dadlı delikateslərdəndir. Dil əti dadlı, zərif və qidalandırıcı olur. Dildən həm tək halda, həm də müxtəlif salatlarda istifadə edilir. Dili bişirməzdən əvvəl soyuq suda saxlayıb ona duz və ədviyyatlar əlavə edirlər. Sonra dilin üstündə olan nazik dəri soyulur. Bir-neçə saat belə suda saxlanılan dil bişirilən zaman daha dadlı və yumşaq olur. Dil bütöv və ya doğranmış halda bişirilir. Tərkibində dil olan salatlar çox dadlı olur. Dil aid olduğu heyvanın növündən və çəkisindən asılı olaraq 200 qramdan 2 kiloqrama qədər ola bilir. Duzlu suda 8-10 saat saxlanılan dil isə şit suda bişirilir. Dil 40-60 dəqiqə ərzində bişir. Mal dilinin isə bişirilməsi üçün 3 saat vaxt lazımdır. Onun bişməsini isə dilin son hissəsinə bıçaq batıraraq yoxlamaq olur. Həmin hissənin yumşaq olması dilin bişmiş olduğunun göstəricisidir. Orta Asiya ölkələrində heyvanın dilini evin böyüyünə və ya ən hörmətli qonağına təqdim edirlər.
Kaloriliyi
Dilin kaloriliyi onun sahib olduğu heyvan ətinin növünddəın asılı olaraq dəyişir. Ən az kalorili dil mal dili hesab edilir ki, onun 100 qramında 146 kKal var. Qoyun dilinin 100 qramında 195 kKal, donuz dilinin 100 qramında isə 302 kKal var. Dilin qidalandırıcılıq qabiliyyəti yüksəkdir. O ən dadlı qida vasitəsi hesab edilir, amma həddindən çox dil yemək piylənməyə səbəb ola bilir.
Dilin faydalı xüsusiyyətləri
Mal, qoyun dilinin tərkibində dəmir, kalsium, kalium, natrium, maranes, kolbat və s. elementlər, B1, B2, B6, PP vitaminləri var. Dili yeyərkən bıçaqla onun üstündəki dərini soyumaq lazımdır. Dil ətində az miqdarda birləşdirici toxulamar var. Bu səbəbdən də o orqanizm tərəfindən asan sorulur. Qida vasitəsi kimi heyvanların yalnız dili qiymətli qida vasitəsi kimi istifadə edilmir. Heyvanların ürəyi, böyrəkləri, beyni də ən yaxşı qida vasitələrindən hesab olunur.
Dilin zərərli xüsusiyyətləri
Orqanizm üçün ən təhlükəli dil donuz dili hesab edilir. Onun tərkibində çoxlu miqdarda lipidlər, antitel, xolesterin və boy hormonları var. Çoxlu miqdarda dil əti yemək qan damarlarında damarlar üçün zərərli maddələrin toplanmasına səbəb olur. Bu da orqanizmdə infarkt və insultun əmələgəlmə riskini artırır. Xolisistit və öd durğunluğu zamanı donuz dili yemək xəstəliklərin əlamətlərini artırır və böyrəklərin fəaliyyətinə pis təsir edir. Qastrit və mədə turşuluğunun çox olduğu zamanlar da donuz dili yemək tövsiyə edilmir. Belə ki, donuz dili mədənin selikli qişasını qıcıqlandırır. Çoxlu miqdarda donuz dili yemək piylənməyə səbəb olur.
immunitet.az



REKLAM