sehiyye.info

Ermənistan Azərbaycanda xərçəng xəstəliyini necə yayır? – Həyəcan təbili

Ermənistan Azərbaycanda xərçəng xəstəliyini necə yayır? – Həyəcan təbili
Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi nəticəsində Güney Azərbaycanın Parsabad məntəqəsində xərçəng xəstəliyi geniş yayılıb.

Bu barədə Parsabad Şəhər Şurasının üzvü və Ərdəbil şəhərinin Əyalətlərin Ali Şurasındakı təmsilçisi Puya Mücərrəd mətbuata açıqlamasında məlumat verib.

“Ermənistandan Araz çayına axan sənaye müəssisələrinin çirkab suları Parsabad əhalisinə bəla olub. Bunun nəticəsində Ərdəbil əyalətində insanlar arasında mədə xərçəngi geniş yayılıb”, – Mücərrəd bildirb.

Onun sözlərinə görə, Parsabadda hər bir ailənin ən azı bir yaxını xərçəng və ya yol qəzası nəticəsində həyatını itirir: “Aidiyyəti qurumlardan insanlara həyatı bahasına başa gələn bu iki problemin həlli üçün ən qısa zamanda addım atmalarını xahiş edirəm”.

Uzun illərdir Ermənistan ərazisindən birbaşa Araz çayına axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab suları sərhədyanı şəhər və kəndlərdə ətraf mühitə ciddi ziyan vuraraq, bölgədə bir çox xəstəliklərin yayılmasına səbəb olub. Bu barədə yerli əhali və bir sıra rəsmi şəxslər dəfələrlə xəbərdarlıq etsələr də, İran rejimi Ermənistanla olan siyasi, hərbi və iqtisadi əməkdaşlığı nəzərə alaraq bu məsələyə göz yumub. \\Teleqraf



REKLAM