sehiyye.info

Xəstələrə şəffaf geyimdə qulluq edən həkim model oldu - Fotolar

Xəstələrə şəffaf geyimdə qulluq edən həkim model oldu - Fotolar
Rusiyanın Tula şəhərində bikini və şəffaf qoruyucu geyim geyinərək xəstələri müayinə etməsi ilə gündəm olan tibb bacısı Nadia Zukova modelliyə başlayıb.

Sehiyye.info xarici mediaya istinadən xəbər verir ki, 23 yaşlı tibb bacısı idman geyimi markalarından birinin siması olub. Yeni işindən çox xoşbəxt olduğunu deyən Nadia tibb təhsilini davam etdirərək həkim olacağını bildirib.

O, koronavirus xəstələrinə qulluq etdiyi zaman çəkilmiş fotosundan da danışıb:

“Çox utanmışdım və bütün sosial şəbəkələrimi bağladım. Ancaq işimi görməyə davam etdim. Həm həmkarlarım, həm də digərləri mənə çox dəstək oldu və onların sayəsində bu mərhələdən keçdim”.

Xatırladaq ki, Nadia Zukova şəffaf geyimdə xəstələri müayinə etdiyi üçün töhmət almışdı.“Qafqazinfo”

REKLAM