sehiyye.info

Azərbaycanda bir koronavirus xəstəsinə neçə həkim xidmət edir? - AÇIQLAMA

Azərbaycanda bir koronavirus xəstəsinə neçə həkim xidmət edir? - AÇIQLAMA
“Karantin müəssisələri həftədə 200-500 nəfəri qəbul etmək imkanına malikdir. Ölkəmizə gətirilən vətəndaşlarımız yerləşdirildikləri xəsrtəxanalarda müayinədən keçirilir”.

Sehiyye.infonun məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr qeyd edib ki, pozitiv hallar olduqda, onlarla təmasda olanların karantində saxlanılmasına davam edilir:


“Bu hal dəyişə bilər. Xəstə sayı artdıqca, cəlb olunan həkimlərin sayı artır. Bir reanimasiya xəstəsinə sutka ərzində 10 həkim xidmət edir”.

“Süni nəfəs aparatına qoşulduqda beş xəstəyə bir təcrübəli həkim-reanimatoloq tələb olunur.

Ən yaxşı halda iki xəstəyə bir tibb bacısı tələb olunur. İndiyə qədər tibbi heyətlə bağlı çatışmazlığa rast gəlinməyib”, - deyə, R.Bayramlı qeyd edib.



REKLAM