4 ölkə vaksin üçün razılaşdı - Detallar
Almaniya, Fransa, Hollandiya və İtaliya bütün Avropa əhalisi üçün 400 milyon dozaya qədər vaksin təmin etmək məqsədilə “Astrazeneca” şirkəti ilə müqavilə imzalayıb.
Sehiyye.info xəbər verir ki, İtaliyanın Səhiyyə naziri Roberto Speranza vaksinlə bağlı razılaşmanı Feysbuk hesabında çox yaxşı və vacib xəbər kimi xarakterizə edib.
Nazir vaksinin Oksford Universitetindən ilk buraxılışın olacağını, istehsal mərhələlərində İtaliya şirkətlərinin də töhfə verəcəyini qeyd edib. Speranza hazırlanan vaksinin sınaq mərhələsinin payızda bitəcəyini və ilin sonuna qədər paylanacağını deyib.
Teleqraf.com