Paşinyanın koronavirusa qarşı tut arağı resepti: Ermənistan regionda infeksiya yuvasına çevrildi
Ermənistan koronavirus pandemiyası altında can verir: son rəsmi statistikaya görə, bir gündə 723 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər ölüb, ümumi yoluxma sayı 16004, ölənlərin sayı isə 355 nəfərdir.
Ermənistan mediası ölkədə pandemiyaya qarşı heç bir mübarizənin aparılmadığını, xəstəxanaların işləmədiyini, xəstələrin müalicə olunmadığını və testlərin pulla satıldığını yazır. Faktlar göstərir ki, bu gün Cənubi Qafqazda pandemiya ilə bağlı ən acınacaqlı vəziyyət Ermənistandadır.
Koronavirusa yoluxan erməni jurnalist Roman Nadiryan üzləşdiyi vəziyyəti ictimaiyyətləşdirib.
Nadiryan yazır ki, hökumət koronavirusa yoluxan xəstələri müalicə etdiyi haqda yalan danışır. O, müalicə xərclərinin xəstələr tərəfindən ödənildiyini, ödəyə bilməyənlərin isə açıq-aşkar öldüyünü yazır.
“Mən xəstəyəm, daha doğrusu koronavirusa yoluxmuşam. Lakin testdən keçirilməmişəm. İlk gün özümü çox pis hiss etməyə başladım, gecə qızdırmam 38-i keçdi, 39,4 olanda nəfəs almağım çətinləşdi. Sonrakı günlərdə vəziyyətim daha da pisləşdi və həkimdə növbə tutduq. Lakin gecənin bir yarısı hiss etdim ki, çox pisəm və məcbur qalıb təcili tibbi yardımı çağırdıq. Əşyalarımı hazırladım, çünki əmin idim ki, məni xəstəxanaya aparacaq, testdən keçirəcək və müalicə edəcəklər. Tibb briqadası gəldi. Şikayətlərimi dinlədi, temperaturumu ölçən həkim bildirdi ki, mən 99 faiz koronavirusam. Əlavə etdi ki, məni mütləq xəstəxanaya yerləşdirmək lazımdır, amma bu onun əlində deyil. “Mən buna cəhd edərəm, amma yenə mümkün olmayacaq, bütün xəstəxanalar ağzınacan doludur. Təkcə bu gün 10 nəfəri geri qaytarmaq məcburiyyətində qalmışam”, həkim dedi və məsləhət gördü ki, gün ərzində 3 litr şirə içim, beləliklə, koronavirusa qalib gələcəm. Amma test etmədilər. Daha sonra özüm özəl klinikaya müraciət etdim, orada şəxsi pulumla bəzi prosedurlardan keçdim, mənə müalicə yazdılar, lakin yenə heç kim test haqqında danışmırdı. Halbuki, hökumət iddia edir ki, kim səhhətindən şikayət edirsə, dərhal testdən keçirilir. Bəs hanı o testlər? Öyrəndim ki, ölkədə koronavirus testi pulludur və qiyməti heç də az deyil. Testdən keçmək üçün müxtəlif poliknikalara müraciət etsəm də, imtina cavabını aldım. Artıq mənə bu test lazım deyil, çünki yoluxduğumu bilirəm və testə veriləcək pul da mənasızdır. Onsuz da biz hər şeyi öz hesabımıza edirik: rentgen, dərmanlar, analizlər, həkim müayinəsi, təkrar analizlər, yenə analizlər... Beləcə davam edir”, - Nadiryan qeyd edib və xəstəxanadan verilən qəbzi fakt kimi yayımlayıb.
Halbuki, Ermənistanın baş naziri hər gün ölkədə keçirilən testlərin sayı haqqında açıqlamalar verir. Erməni jurnalistin başına gələnlərsə bu ölkədəki real vəziyyəti əks etdirir.Publika.az