Havanın çirkliliyi intihar riskini artırır - ARAŞDIRMA
İngiltərə universitetlərindən birində aparılan araşdırma nəticəsndə məlum olub ki, havanın hər kubmetrində 10 mikroqramlıq çirkliliyin artması depressiya riskini artırır.
Sehiyye.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırma uzun müddət hava çirkliliyinə məruz qalan insanların digərləri ilə müqayisədə depressiyaya girmə risqinin 10 faiz, intihar etmə riskinin isə 2 faiz artdığını göstərib.
Məlum olub ki, hava çirkliliyi ağıl sağlamlığına da ciddi zərər vurur.
Havanı çirkləndirən maddələrin tənəffüs yolu və qan dövranı vasitəsilə beyinə getiyi və bunun da sinir hüceyrələrinə zərər verdiyi, stres hormonu istehsalında dəyişikliklərə yol açdığı məlum olub.Lent.az