sehiyye.info

Uşaq doğulanda atalara da məzuniyyət veriləcək - AZƏRBAYCANDA İLK DƏFƏ

Uşaq doğulanda atalara da məzuniyyət veriləcək - AZƏRBAYCANDA İLK DƏFƏ
Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək məzuniyyətləri ilə bağlı yeni təkliflər əksini tapır.

Eləcə də bax: Uşaqlara 3 yaşa qədər qulluq edən analara yeni hüquq verilməsi - TƏKLİF EDİLİR

Nazirlikdən verilən məlumata görə, təkliflərdən biri - Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməklə, hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsidir.
Ad - 00:26
ƏTRAFLI
hunergroup.az
Təcrübədə bəzi hallarda işçilər əmək məzuniyyətindən istifadə etmir. Bu da uzun illər yığılmış istifadə edilməmiş məzuniyyətlərə görə sonralar kompensasiyanın ödənilməsində işəgötürən üçün iqtisadi çətinlik yaranmasına səbəb olur. Ona görə də Məcəlləyə daha bir təklifdə işçilərin əmək məzuniyyətinin əsas hissəsindən iş ili ərzində mütləq istifadə etmələri tələbi yer alıb. (Report)



REKLAM