Talassemiyalı xəstələrə - VERGİ GÜZƏŞTİ OLSUN – TƏKLİF
Peşəkar mühasib Rauf Pənahəliyev vergi güzəşti ilə bağlı təklif irəli sürüb.
Təklifdə deyilir:
«Bu gün ölkəmizdə 3500-ə yaxın talassemiyadan əziyyət çəkən şəxsin olduğunu nəzərə alaraq onların müəyyən güzəşt hüquqları olması təqdirə layiq addım olardı.
Təklif 1.
Vergilər Məcəlləsində və Əmək Məcəlləsində talassemiyadan əziyyət çəkən şəxslərin müəyyən güzəşt hüquqları yaradılsın.
Vergi Məcəlləsinin 102 maddəsinə bir maddə əlavə etməklə talassemiyadan əziyyət çəkən şəxslərin hər hansı muzdlu işdən əldə etdiyi gəliri müəyyən məbləğdə vergidən azad olunması onlara dəstəyi nümayiş elətdirər.
Təklif 2.
Eyni zamanda Əmək Məcəlləsində Talassemiyadan əziyyət çəkən şəxslərin əmək müqaviləsi bağlanan zaman əlavə hüquqları yaradılsın.
Əmək Məcəlləsinin 79 ( əmək müqaviləsinin ləğvini qadağan edən işçilər və hallar) maddəsində talassemiyadan əziyyət çəkən şəxslərin də istifadə etməsi üçün onlar haqqında bənd əlavə edilməsi diqqətə layiq addım olar.
Qeyd: Bəlkə düşünülə bilər ki, talassemiyadan əziyyət çəkən şəxslər ümumi xəstəlik səbəbi ilə əlillik dərəcəsi alırlar. Lakin bu hər bir talassemiyalıya aid deyil».