Koronavirus zərbəsi gənclərdə insultu artıracaq - ALİMLƏR
Amerikalı alimlər bildirib ki, koronavirus gənclərdə insult yaranma riskini yüksəldə bilər.
Onlar bu nəticəyə 14 nəfər koronaviruslu xəstə üzərində apardıqları müşahidələrdən sonra gəlib.
Sehiyye.info medicina.az-a istinadən bildirir ki, koronavirusa yoluxmuş gənc yaşlı insanlarda insultdan ölüm 42% təşkil edir. İnsult baş vermədikdə isə bu faiz 5-10% aralığındadır.
"Biz 30-50 yaş arası xəstələri müşahidə etdik. Adətən insult 70-80 yaş arası xəstələrdə olur və gözlənilirdi. Lakin koronavirusa yoluxmuşlarda insult baş verir və bu onların ölümünə daha çox səbəb olur - deyə neyrocərrah Paskal Cabbur bildirir.
Bu həkimlərdə ciddi qorxu, narahatlıq yaradır.
Ona görə gənclər koronavirus əlamətləri olan kimi dərhal həkimə, xəstəxanaya müraciət edib, ciddi müayinə olub, ürək və beyin damarları nəzarətə alınmalıdır. Onlarda sürətlə tromb əmələ gəlir.