sehiyye.info

Bu insanlara valerian dərmanı olmaz...

Bu insanlara valerian dərmanı olmaz...
Dərman pişikotu – valerian ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olanların əli altında sevimli vasitələridir. Bitki tərkibli də olsa, bu dərmanın da zərərləri var.

Sehiyye.info Medicina.az-a istinadən kimlərə valerianın faydasından çox zərəri ola biləcəyini təqdim edir.

- Çox yaşlı adamlara olmaz – çünki valerian qanın laxtalanmasını artırır. Bu da öz növbəsində insult, infarkt, tromb yaranmasına səbəb ola bilər

- Yüksək təzyiq xəstələri müntəzəm olaraq bu dərmanı qəbul etdikdə, sinir sistemi əksinə oyaq olur və yuxusuzluq baş verir

- Qaraciyər, böyrək, enterokolit, nefrit xəstəliklərində olmaz

- Ağır depressiya, cinsi zəiflik, erektil disfunksiyası, psixi pozuntuları olanlar həkim məsləhəti olmadan valerianı qəbul etməməli və başqa dərmanlarla birgə qarışdırmamalıdır

- Allergiyası olanlara

- Hamilə qadınlara

Nəzarətsiz, müntəzəm və çox valerian qəbulu zəhərlənməyə səbəb ola bilər: bu zaman baş ağrısı, baş gicəllənmə, təzyiqin aşağı düşməsi, yuxu, aşağı temperatur, ürəkbulanma, nəfəsdə çətinlik kimi simptomlar verə bilər.

Yaşlı və xəstə insanları hətta komaya sala bilər.



REKLAM