sehiyye.info

Körpələrə yuxu dərmanı vermək gələcəkdə bu fəsadlara yol açır –XƏBƏRDARLIQ

Körpələrə yuxu dərmanı vermək gələcəkdə bu fəsadlara yol açır –XƏBƏRDARLIQ
Yenicə ana olan gənc və təcrübəsiz qadınlar körpəni təkbaşına saxlamaqda çətinlik çəkir.

Ən çətin məqamlardan biri də körpənin ağlamasını sakitləşdirmək və vaxtlı-vaxtında yatmasını təmin etməkdir. Çünki sakitlik və normal yuxu uşağın sinir sistemi üçün çox əhəmiyyətlidir. Gələcəkdə bir sıra nevroloji problemlərlə üzləşməmək üçün bu amillərə diqqət yetirilməlidir.

Müasir tibbdə bir sıra dərman maddələri istehsal edilir ki, bu vasitələr sedativ, yəni yuxugətirici və sakitləşdirici effekt verirlər. Apteklərdən bu vasitələri həkim göstərişi və resept olmadan da əldə edərək böyüklərə, eləcə də uşaqlara vermək mümkündür.

İndi çox analar digər qadınlardan eşitdiyi dərmanı, xüsusən Ketotifen kimi allergiya əleyhinə tableti körpə uşaqlara yuxu dərmanı kimi verir.

Bəs bu vasitələrdən həkim məsləhəti olmadan özbaşına şəkildə istifadə etmək hər hansı bir fəsada yol aça bilərmi?

Sehiyye.info bildirir ki,mövzu ilə bağlı medicina.az-a açıqlama verən Tədris Cərrahiyyə Klinikasının nevroloqu Yeganə Rəşidova bildirib ki, həkim təyinatı olamadan nəinki uşaqlara, heç böyüklərə sakitləşdirici tərkibə malik dərman maddəsi və yuxugətirici verilməməlidir. Bu gələcəkdə həmin insanda bir sıra nevroloji problemlərə səbəb olur.

“Hər bir xəstəyə ilk öncə diaqnoz qoyulmalıdır və onun əsasında müalicə edilməlidir. Çünki həkimin müayinəsi olmadan qəbul edilən bir sıra dərman maddələri xəstəliyin əlamətlərini gizlədərək, onun əsil səbəbinin üzə çıxmasının qarşısını alır.

Əlbəttə ki, bu həmin insanın nəinki beynində, həmçinin də onu qaraciyər, mədə-bağırsaq, böyrək kimi bir çox başqa orqanlarında fəsadlara səbəb ola bilər.

Bu isə əsəbilik, yuxusuzluq kimi çox ciddi problemlərin səbəbini aşkarlamaqda həkimlərə mane olur. Uzun müddət qəbul edilən yuxugətiricilər və sakitləşdiricilər xəstədə bu dərmanların tərkibində olan bəzi kompanenetlərdən asılılıq da yaradır. Bu isə insan yaşlandıqca onda bir sıra nevroloji və psixologi problemləri üzə çıxmasına səbəb olur. Uşaqlarda bu problemlərə nitqin gecikməsi, diqqət pozuntusu, hiperaktivlik aid edilə bilər.

Çox təəssüflər olsun ki, gənc analar özləri də bilmədən övladlarının rahat yatması və çox ağlamaması üçün həkimə müraciət etmədən, özümü müalicəyə əl atırlar. Onlar hansısa televiziya reklamında gördükləri və ya qohumlarının məsləhət gördükləri sakitləşdiriciləri alaraq övladların verirlər. Amma onlar gələcəkdə uşağın orqanzimində hansı problemlərə səbəb olacağından xəbərsiz olurlar”



REKLAM