MÖHTƏŞƏM İCAD - Balı kapsula doldurub tǝbii antibiotik aldı
Türkiyǝnin Qara dǝniz bölgǝsindǝ yerlǝşǝn Rizǝ şǝhǝrindǝ bir tǝşǝbbüskar balı kapsulun içinǝ yerlǝşdirib.
Habib Koçal, dünyada ilk dǝfǝ olaraq balı kapsulun içinǝ yerlǝşdirib vǝ bunun patentini alıb.
Sehiyye.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rizǝli Habib Koçal, 4 ildir davam etdirdiyi fǝaliyyǝtlǝri nǝticǝsindǝ ǝldǝ etdiyi dörd fǝrqli bal növünü kapsullara yerlǝşdirib vǝ buna dair hǝm beynǝlxalq hǝm dǝ Türkiyǝnin Patent İnstitundan patent alıb.
Koçal, dünyada indiyǝdǝk düşünülmǝmiş vǝ tǝtbiq edilmǝmiş kapsul bal ilǝ qıtlıq zamanlarında aclığın vǝ aclıqdan mǝnbǝlǝnǝn ölümlǝrin qarşısının alına bilǝcǝyini dǝ söylǝyib. Onun bildirdiyinǝ görǝ kapsula doldurulan balla tǝbii bir antibiotik ǝldǝ edilib.
Kapsul balların gücsüz vǝ zǝif insanlara güc verǝcǝyi, ayrıca kök insanların da zǝiflǝmǝsinǝ dǝ kömǝk olacağını vurğulayan Koçal, layihǝni dünya miqyasında fǝaliyyǝt göstǝrǝn çoxlu sayda böyük ǝrzaq vǝ dǝrman firmaları ilǝ paylaşdıqlarını bildirib.Publika.az