sehiyye.info

Plastik əməliyyatda ölən qızdan alınan pul ailəsinə qaytarıldı

Plastik əməliyyatda ölən qızdan alınan pul ailəsinə qaytarıldı
May ayının 11-də “Baku Medical Plaza”da Siruz Qoçqaninin keçirdiyi əməliyyat nəticəsində dünyasını dəyişən Turanə Musazadədən alınan pulun 5 min manatı geri qaytarılıb.

Bu barədə “Yeni Sabah”a açıqlamasında ailənin hüquqi nümayəndəsi Samir Zeynalov deyib.

Hüquqşünasın sözlərinə görə, klinikanın ailənin şikayətçi olmaması ilə bağlı verdiyi açıqlama həqiqəti əks etdirmir: “Bu gün Turanə Musazadənin ailə üzvləri klinikada olublar. Klinikanın direktoru Pərviz Şükürov onlardan əməliyyat üçün alınmış 5 min manat pulu geri qaytarıb, ölüm epikrizini onlara təhvil verib. Həmçinin ailə üzvlərindən şikayətçi olmamağı xahiş edib və onlara dəymiş ziyanı qarşılamağa çalışacağını söz verib. Ancaq ailə üzvləri klinikadan şikayətçidilər ”.

Ailənin qanuni nümayəndəsi klinikadan Siruz Qoçqaninin plastik cərrah kimi icazənin olması ilə bağlı məsələyə də aydınlıq gətirib: “Əgər bir qanuni sənəd varsa, buyursunlar təqdim etsinlər. Necə ki, mən Səhiyyə Nazirliyinin sənədini ictimaiyyətə təqdim etdim”.



REKLAM