sehiyye.info

Azərbaycanda koronavirusa yoluxanların sayı 3 mini ötdü

Azərbaycanda koronavirusa yoluxanların sayı 3 mini ötdü
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

Sehiyye.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 3 138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 944 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1 158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir."Report"



REKLAM