Türkiyədə təxminən 1 milyon 300 min talassemiya daşıyıcısı olan uşaq var
Türkiyədə təxminən 1 milyon 300 min talassemiya daşıyıcısı olan uşaq var.
Sehiyye.info xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrində aparılan araşdırmalar zamanı bu qan xəstəliyinin daşıyıcısı olan uşaqların böyük əksəriyyətinin (12 faiz) ölkənin Antalya və ətrafındakı şəhərlərdə yaşadığı müəyyən edilib. Azyaşlılar arasında ən az talassemiya daşıyıcısı isə (0,6 faiz) ölkənin Şərqi Anadolu bölgəsindədir.
Xəstəliyin əsas meydana çıxma səbəblərindən biri də yaxın qohumlar arasında evlilikdir. Bu baxımdan aparılan hesablamalara görə, Türkiyədə hər beş evlilikdən biri qohumlar arasındadır.AZƏRTAC