sehiyye.info

Koronavirusun tüğyan etdiyi ABŞ-da daha bir TƏHLÜKƏ: an məsələsidir...

Koronavirusun tüğyan etdiyi ABŞ-da daha bir TƏHLÜKƏ: an məsələsidir...
Yeni tip koronavirusun mərkəzinə çevrilən ABŞ-da “Vespa mandarinia” adlandırılan Asiya tipli eşşək arısı hücumları ortaya çıxıb.

Sehiyye.info xəbər verir ki, Vaşinqton ştatında aşkarlanan arı növünün ölkənin şərq hissəsinə çatmasının an məsələsi olduğu bildirilib.



Yaponiyada hər il 50 insanın ölümünə səbəb olan və ətcilliyi ilə tanınan Asiya tipli eşşək arısının ölkəyə necə giriş etdiyi hələ ki, bilinmir. Mütəxəssislər arının Çindən karqo ilə gəldiyini ehtimal edir.

Arıçılıq üzrə mütəxəssis Entoni Planakis bildirib ki, arıların kolonlaşması üçün bir neçəsi kifayət edir. “CNN International”a açıqlama verən Vaşinqton Universitetinin ekspertləri qeyd edib ki, bu arılar iynələrini ard-arda insana sancarsa, onu öldürə bilər.

Asiya tipli “Vespa mandarinia” arı ailəsinin ən böyük üzvüdür. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin rəsmi hesabatında “qatil arılar” xüsusi diqqət mərkəzində saxlanılıb.

Xatırladaq ki, ABŞ-da 1 milyon 188 min 421 nəfər koronavirusa yoluxub.Publika.az



REKLAM