İngiltərənin Çindən aldığı testlər xarab çıxdı
Koronavirus Çin iqtisadiyyatına böyük zərbə vurdu. Asiya dövləti pandemiya dövründə itkiləri müəyyən qədər kompensasiya etməyə çalışır.
Qərbin bir çox dövlətlərinə maska, başqa tibbi ləvazimatlar, virus testləri satılır. Amma Çin bu məsələdə də etimadı doğrultmur.
Sehiyye.info xəbər verir ki, İngiltərənin Çindən aldığı virus testləri xarab çıxıb. Avropa ölkəsi 16 milyon funt sterlinqlik razılaşmanın yalnız zərərini görüb. “Daily Mail” qəzetinin yazdığına görə, ingilislər Çinin iki şirkəti ilə anlaşıb, virus testləri alıb. Amma testlər istənilən nəticəni vermir.
Bundan əvvəl ispanlar da bənzər problemi yaşamışdı. Çindən alınan virus testləri yetərincə həssaslıq göstərmirdi. Yəni virusun müəyyənləşdirməsində dəqiq nəticələr almaq mümkün olmurdu.
Koronavirus ilk dəfə keçən ilin dekabrında məhz Çində ortaya çıxmışdı. Ehtimal edilir ki, infeksiya 11 milyon əhalisi olan Vuhan şəhərinin heyvan bazarından yayılıb.365