sehiyye.info

107 yaşlı Niderland sakini koronavirusdan sağalıb

107 yaşlı Niderland sakini koronavirusdan sağalıb
Ahılların koronavirus xəstəliyi üzrə risk qrupunda olmasına baxmayaraq, onlar arasında sağalanların sayı az deyil.

Sehiyye.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 107 yaşlı Niderland sakini COVID-19 virusuna qalib gəlmiş ən yaşlı pasiyent olub.
Cənubi Hollandiya sakini Kornella Ras virusa hələ martın ortalarında qocalar evində dini mərasimdə yoluxub. Xəstəliyin gedişi ağır olub, qadında sətəlcəm inkişaf edib.

Həkimlər onun sağalmaq şansının çox cüzi olduğunu bildiriblər. Lakin bu günlərdə məlum olub ki, Ras virusa qalib gəlib. Onun virus testi mənfi nəticə göstərib. Bu barədə "NL Times" portalı yazıb.

Qeyd edək daha əvvəl koronavirusa qalib gəlmiş ən ahıl insanlar 100 və 106 yaşlı İran sakinləri olub.AZƏRTAC



REKLAM