sehiyye.info

Pandemiya tezliklə bitməyəcək - ÜST rəsmisindən XƏBƏRDARLIQ

Pandemiya tezliklə bitməyəcək - ÜST rəsmisindən XƏBƏRDARLIQ
Son məlumatlara görə, koronavirus xəstələrinin sayı 3 milyona yaxınlaşır, pandemiya isə tezliklə başa çatmayacaq.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı xəbərdarlıq edib. Tedros Adanom Qebreyesus COVID-19-un yayılmasının planetdəki uşaqların immunizasiya proqramlarına mənfi təsirindən narahatlığını dilə gətirib:

“Hər il 116 milyondan çox uşaq peyvənd edilir və bu, dünyadakı bütün uşaqların 86% -ni təşkil edir. Bununla belə, dünyada 13 milyondan çox uşaq hələ də peyvənd edilməyib. COVID-19-dan dolayı bu say artacaq”, - deyə təşkilat rəhbəri qeyd edib.

O, həmçinin sərhədlərin bağlanmasının 21 ölkədə digər xəstəliklərə qarşı vaksin çatışmazlığına səbəb olduğunu söyləyib.Publika.az



REKLAM