sehiyye.info

Heç kim bu TƏHLÜKƏNİN fərqində deyil: gecə yatarkən...

Heç kim bu TƏHLÜKƏNİN fərqində deyil: gecə yatarkən...
Daha çox çiy xörəklər və dırnaq yedikdən sonra ortaya çıxan parazitlər ciddi sağlamlıq problemlərinə səbəb olur. Parazitlərin simptomları nələrdir? Parazitləri yox etməyin müalicəsi varmı?

Sehiyye.info parazitlərin öhdəsindən necə gəlməyin yollarını təqdim edir.

Parazitə necə yoluxuruq?

Parazitlər insan bədəninə iki yolla daxil ola bilir: suda yaşayan amöblər və tam bişməmiş yeməyin tərkibində qalan qurdlar. Parazitlər başqa canlının daxilində yaşamağa məhkumdur. Lakin eyni zamanda yaşadıqları canlını deformasiyaya uğradırlar.

Təmizlənməyən meyvə və tərəvəzlərdən, xüsusilə, yaşıllıqlardan mədəyə, oradan isə bağırsaqlara daxil olaraq özlərinə həyat qururlar. Digər növ isə təmiz olmayan sudan ağız vasitəsilə bədənə daxil olur. Parazitlər insan bədəninin hər yerində yaşaya bilir.

Aparılan araşdırmalar kolbasa və sosiska kimi ət məhsullarından parazitə yoluxma faizinin daha yüksək olduğunu ortaya qoyub. Bunun səbəbi isə qidaların bişirilməmiş olması və sıxışdırılmış halda istehsal edilməsidir.

Bütün bunlarla yanaşı, kirpiklərdə, qaşlarda və dərinin məsamələrində də yaşaya bilən parazitlər var. Bunlar hava yolu ilə vücuda yapışır. İnsan yatarkən hərəkətə keçir. Səhər yuxudan oyanarkən müxtəlif yerlərdə qızartı və dəri deformasiyası görürsünüzsə, böyük ehtimalla, səbəb parazitlərdir.Publika.az



REKLAM