sehiyye.info

Azərbaycan Tibb Universitetinin müəllimləri karantin rejimində də elmi fəaliyyətlərini davam etdirirlər

Azərbaycan Tibb Universitetinin müəllimləri karantin rejimində də elmi fəaliyyətlərini davam etdirirlər
Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi dövründə də elmi fəaliyyətlərini davam etdirirlər.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun alimləri elmi işlərini, məsləhət və müzakirələrini onlayn şəkildə aparırlar. Universitetin alimləri təkcə yerli mütəxəssislərlə deyil, xarici ölkənin tanınmış tədqiqatçıları ilə əməkdaşlıq edir, onlarla birgə elmi əsərlər də nəşr etdirirlər. Belə ki, ATU-nun Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov və Elmi-Tədqiqat Mərkəzinin Elektron Mikroskopiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Fuad Rzayevin ABŞ, Kanada, Hollandiya və Gürcüstan alimləri ilə birlikdə beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan “Elsevier” nəşriyyatı tərəfindən çap olunan impakt faktorlu jurnallarda məqalələri dərc edilib.



REKLAM