sehiyye.info

Azərbaycanlı alim Klivlend Klinikasında elmi tədqiqat aparıb

Azərbaycanlı alim Klivlend Klinikasında elmi tədqiqat aparıb
Azərbaycan Tibb Universitetinin patoloji anatomiya kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Müşfiq Orucov dünyanın qabaqcıl tibb mərkəzlərindən biri olan Klivlend Klinikasında elmi ezamiyyətini başa vuraraq geri qayıdıb.

Sehiyye.info bildirir ki,Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ABŞ Dövlət Departamentinin Fulbright Səfər Təqaüdü Proqramının qalibi olan həmyerlimiz beş ay müddətində qaraciyər patologiyası ilə əlaqədar elmi tədqiqat işi aparıb.

Alimin bir elmi məqaləsi artıq çapa göndərilib, bir elmi məqalə, bir nadir xəstəlik nümunəsi və ədəbiyyat xülasəsi nəşrə hazırlanır. O, üç elmi məqalə üzərində isə işini davam edir.

Həmyerlimiz həmin müddətdə müxtəlif sahələri üzrə diaqnozların qoyulması, autopsiyalar, çoxsaylı praktik konfranslar, onlayn kurslar və mühazirələrdə iştirak edərək professional bacarıqlarını daha da təkmilləşdirib. Onun ezamiyyəti nəticəsində Azərbaycan Tibb Universiteti ilə Klivlend Klinikası arasında elmi əməkdaşlığın təməli qoyulub.



REKLAM