sehiyye.info

Tanınmış azərbaycanlı həkimdən koronavirusla bağlı ŞOK SÖZLƏR: "Çindən gələn mallar..."

Tanınmış azərbaycanlı həkimdən koronavirusla bağlı ŞOK SÖZLƏR: "Çindən gələn mallar..."
"Koronavirus Çindən gələn mallar vasitəsilə insanlara yoluxa bilməz".

Sehiyye.info xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov qeyd edib.

Mütəxəssis bildirib ki, koronavirus qrip tipində adi virusdur. Yalnız insandan-insana birbaşa və ya qısa məsafədə kontaktda olarkən keçə bilər: "Virus bir canlı deyil. Yarımcanlı hesab edənlər də var, cansız hesab edənlər də. Lakin onun öz-özünə bölünüb, çoxalmaq xüsusiyyəti yoxdur. Sadəcə çox kiçik DNT və ya RNT zənciri var, bu zənciri əhatə edən zülalı mövcuddur. Yalnız digər canlı hüceyrələrdə öz genetik materialını və onu əhatə edən zülalını kopyalaya bilər. Yəni öz zülalını sintez edən ribosomu yoxdur. Onun zülalı yoluxmuş hüceyrənin ribosomu tərəfindən istehsal olunur. Öz metabolizmi, hüceyrə quruluşu mövcud deyil. Bu o deməkdir ki, virus bir canlıdan kənarda yaşaya bilməz. Yalnız insan asqıran zaman onun ağız, burun suyunun mikroskopik kiçik damcıları içində qısa məsafələrə (praktiki 1-2, küləyi nəzərə alaraq 12 metr) sağ çata bilər. Virusa yoluxsanız belə, bu, öləcəyiniz anlamına gəlmir. 1,5 milyard əhalisi olan Çində ölü sayı onlarladır. Bu da 1,5 milyardlıq əhali üçün cüzi rəqəmdir. Yəqin ki, ölənlərin immun sistemi çox zəif olub".

Şahin Məmmədov insanları təşvişə düşməyəyə çağıraraq vurğulayıb ki, bu mif sürətlə inkişaf edən Çin iqtisadiyyatına zərbə vurulması üçün uydurulub.

Mütəxəssis xarici vətəndaşların olduğu mühitdən uzaq dayanılması təqdirində, virusa yoluxmanın sıfıra yaxınlaşdığını da diqqətə çatdırıb.Publika.az



REKLAM