sehiyye.info

Koronavirusa qalib gələn ilk ölkə Qrellandiya oldu

Koronavirusa qalib gələn ilk ölkə Qrellandiya oldu
Qrenlandiya hökuməti ölkənin koronavirus üzərində qələbə qazandığını bildirib.

Sehiyye.info xəbər verir ki, bu barədə “Worldometers.info” saytında yerləşdirilən statistik məlumatda deyilir.

Aprelin 4-dən bu günə kimi ölkədə virusa yeni yoluxma qeydə alınmayıb. Qrenlandiyada koronavirus diaqnozu qoyulmuş 11 nəfər isə artıq sağalıb.

Virusun yayılması müddətində Qrenlandiyada 900 nəfər tibbi yoxlanışdan keçib. Ölkədə COVID-19 infeksiyasına ilk yoluxma martın 16-da qeydə alınıb.
“Report”



REKLAM