Moskvada "korona paradoksu" - Baş həkim açıqladı
Moskvada özünütəcridlə koronavirusun yayılması arasında tərs-mütanasiblik müşahidə edilir.
Sehiyye.info xəbər verir ki, bu barədə Rusiya Tibb Cəmiyyətinin prezidenti Yevgeni Açkasov danışıb.
O bildirib ki, ilkin vaxtlarda rusiyalılar özlərini çox intizamlı aparırdılar:
“Prosesin başlanğıcında bizim vətəndaşlar ciddi nizam-intizam nümayiş etdirdilər, özünütəcrid baxımından göstərici çox yüksək idi. Ancaq son həftədə intizam pozuldu”, - o qeyd edib.
Həkim qeyd edib ki, özünütəcridin azalması ilə koronavirusun yayılması və bundan ölüm hallarının atması son həftənin əsas mənzərəsidir.
Açkasov vurğulayıb ki, hətta koronavirusun ən yüngül forması insan həyatı üçün çox təhlükəlidir.
Qeyd edək ki, bu gün Moskvada 13 nəfər koronavirusdan ölüb.Axar.az