sehiyye.info

"7 milyon insan öləcək" - ŞOK PROQNOZ

"7 milyon insan öləcək" - ŞOK PROQNOZ
Dünyada 7 milyon adam "COVİD-19" virusundan öləcək.

Sehiyye.infonun BiG.AZ-a istinadən verdiyi xəbərə görə, bu proqnozu Kaliforniya Universiteti və Bahçeşehir Universitetinin Tibb Fakültəsində müəllim işləyən professor Mehmet Çilingiroğlu edib.

"7 milyon insan öləcək" - ŞOK PROQNOZ - VİDEOOnun sözlərinə əsasən, hazırda təxminən 80 min nəfər bu virus səbəbilə artıq dünyasını dəyişib, 45 min nəfər isə tənəffüs cihazlarına bağlıdır, onlardan da bir qismi öləcək. Lakin, professorun fikrincə, ölümlərin qarşısını almağın yeganə yolu insanları təcrid etmək, maska taxmaq, sosial məsafəyə riayət etməkdən ibarətdir.

Çilingiroğlu Cənubi Koreyada müalicə alıb sağalan 51 nəfərin yenidən koronavirusa yoluxduğunu vurğulayaraq, heç kəsin bu xəstəlikdən sığortalanmadığını deyib.

O, bildirib ki, heç bir virus digərinə bənzər təsir göstərmir, bu səbəbdən də dünya hələ tanımadığı yeni koranavirus barəsində dəqiq bir söz deyə bilməz.



REKLAM