sehiyye.info

İtaliyada on mindən çox tibb işçisi koronavirusa yoluxdu

İtaliyada on mindən çox tibb işçisi koronavirusa yoluxdu
İtaliyada COVID-19-a yoluxan tibb işçilərinin ümumi sayı 10 min nəfəri keçib.

Yerli xəstəxanalarının tibb işçiləri birliyi “Anaao-Assomed” bununla bağlı statistikanı açıqlayıb.

Həmin məlumatlara görə, yoluxmuş tibb işçilərinin təxminən 20 faizi həkimlərdir. Onların əksəriyyəti hazırda intensiv terapiya şöbələrində müalicə alır.

Bu günə qədər Apennin yarımadasında ölən həkimlərin ümumi sayı 69 nəfərdir.

Qeyd edək ki, İtaliya koronavirusun yayılmasına görə Avropada birinci yerdədir.



REKLAM