Dietoloqdan immunitetin gücləndirilməsi üçün FAYDALI TÖVSİYYƏLƏR
Xəbər verdiyimiz kimi, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Aydın məsələdir ki, uzun müddət evdə qalmaq və bu qaydalara əməl etmək məcburiyyətindəyik. Lakin evdə uzun müddət qalmaq fiziki aktivliyimizi əlimizdən alır, daha çox hərəkət etmək imkanlarımızı məhdudlaşdırır. Üstəlik sıxıntımızı yemək və qidalarla öldürməyə çalışmaqla köklüyə və artıq çəkiyə "xoş gəldin" deyirik. Qidaların orqanizmdə xoşbəxtlik hormonlarını artırıb əhvalı qaldırması doğru olsa da, belə bir şəraitdə sırf başımızı qatmaq üçün çox yemək asıllıq yarada və ciddi fəsadlara yol aça bilər. Bəs karantin dövründə immunitetin aşağı düşməməsi üçün nə və nə qədər yemək lazımdır?
Publika.az xəbər verir ki, Türkiyənin tanınmış dietoloqu Abdullah Mollamemişoğlu vacib tövsiyələr verib. Ekspert bildirib ki, stabil çəkini qorumaq istəyiriksə, un məmulatları və xəmir xörəklərindən uzaq durmağa çalışmalıyıq:
"Ümumiyyətlə, qızartma, qovurma, yağlı məhsullar, xəmir məhsulları kimi yüksək yağlı və karbohidrat tərkibli məhsullardan uzaq olun, pəhriz və porsiyalara diqqət yetirin. Günə səhər yeməyi ilə başlayın, yemək saatlarını ötürməyin və yatmazdan 2 saat əvvəl heç nə yeməyin. "Şok effekt" vəd edən pəhrizlərdən uzaq olmaq faydalıdır. Qısa müddətdə sürətli arıqlamaq cəhdləri təəssüf ki, immunitet sisteminin zəifləməsinə səbəb ola bilər. Bunun əvəzinə adekvat və balanslı pəhriz proqramı edilməlidir. Heç bir karbohidrat məhsulları yemək olmaz? Əlbəttə ki, olar. Ancaq lif və mürəkkəb karbohidratlara üstünlük vermək lazımdır. Ağ çörək yerinə taxıl çörəyi, düyü yerinə qarabaşaq yarması, kinoa və ya bulqura üstünlük verilə bilər. Tərəvəz və meyvələrin istifadəsi çox vacibdir, gündəlik əsas vitamin və mineral mənbəyimiz olan tərəvəz və meyvələrdən ən azı 5 porsiya yeyilməlidir. İmmunitet sisteminin əsas quruluşunu zülal təşkil edir, odur ki, protein məhsullarına biganə yanaşmayın. Əlbəttə ki, bu anda çəkiyə nəzarət etmək üçün ət, toyuq və ya balıq alarlən yağsız olmasına diqqət etməlisiniz. Sinklə zəngin olan bu məhsullar bədən müqavimətimizi artıracaq. Bu müddətdə bol su için, bu, həm hüceyrələrin yenilənməsini, həm metabolik sürəti artıracaq, həm də immuniteti gücləndirəcək. Evdən çıxa bilmiriksə, bu, o deməkdir ki, yemək və qəlyanaltılarımızı hazırlamağa da vaxtımız var. Başqa sözlə, hazır paketli qidalarla yolları ayırmaq vaxtı gəldi. Bu zaman ərzində müxtəlif və yüngül düsertlər hazırlaya bilərsiniz".
Dietoloqdan faydalı reseptlər
Xurma trüfeli
- 200 qr. xurmanın tumlarını çıxarın. - 1 xörək qaşığı kakao və 1 xörək qaşığı kokos əlavə edib yaxşıca qarışdırın. (Xurma çox quru olarsa, az miqdarda süd və ya su ilə yumşalda bilərsiniz.)
- Qoz böyüklüyündə yuvarlayıb üzərini maki və darçın tozu ilə bəzəyin.
- Soyuducuda 1 saat saxlayın.
- 1 fincan qəhvə ilə 2 xurma topu yeyə bilərsiniz. Noxud cipsiləri
- 200 qr qaynadılmış noxudun üzərinə 1 xörək qaşığı zeytun yağı əlavə edin.
- ½ çay qaşığı kimyon, ½ çay qaşığı qırmızı istiot səpin.
- 1/3 çay qaşığı duz, əlavə miqdarda qara istiot və ya çili istiotu əlavə edə bilərsiniz.
- Bütün inqrediyentləri qarışdırıb qaba qoyun və 200 dəqiqə sobada 20 dəqiqə bişirin.